'Milli Mətbuatımız 138-QHT media münasibətləri' adlı tədbir keçiriləcək

MEDİA
18:00 17.07.2013
1435
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Milli Mətbuatımızın yaranmasının 138-ci il dönümü münasibətilə “Milli Mətbuatımız 138 – QHT Media münasibətləri” adlı mövzuda dəyirmi masa təşkil edəcək. 
Bu barədə məlumat AZXEBER.COM-a adıçəkilən İctimai Birlikdən daxil olub. 
Bildirilib ki, tədbirdə Milli Mətbuatın yaranmasının tarixindən danışılacaq, bu günkü Azərbaycan mətbuatının ölkənin həyatında tutduğu yer və roldan söhbət açılacaq. Sonda bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri Vətəndaş Cəmiyyətinə verdikləri informasiya dəstəyinə görə İctimai Birlik tərəfindən diplomla təltif olunacaq.
OXŞAR XƏBƏRLƏR