“Milli Ön” ödəmə terminalından pul oğurlandı

“Milli Ön” ödəmə terminalından pul oğurlandı
Bütün Xəbərlər
16:48 25.07.2015
1230

Bakıda 3 nəfər mağazadakı “Milli Ön” ödəmə terminalından pul oğurlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Qaradağ rayonu ərazisində oğurluq etdiklərinə görə tutulmuş Amid Əliyevin, Nihad Bağıyevin və Elmar Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onların, başqa bir cinayət əməlləri də ortaya çıxıb.

Belə ki, həmin şəxslərin iyunun 30-da Suraxanı rayon ərazisində, Rafiq Ağayevə məxsus mağazada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1199 manat oğurlamaları da müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR