Atəşkəs Tovuz və Füzuli istiqamətlərindən pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 9-da saat 10.15-dən 10.20-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, saat 11.50-dən 11.55-dək və martın 10-da saat 01.50-dən 02.10-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.