Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb. Hadisə günorta saatlarında Tərtər istiqamətində, qoşunların təmas xəttində baş verib.
Ermənilərin açdığı atəş nəticəsində müddətdən artıq xidmət etmiş İsgəndərov Ənvər Rafiq oğlu aşağı ətraf nahiyəsindən güllə yarası alıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.