Xəbər verildiyi kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri, 19 yaşlı Elmar Həbibzadə Səməd oğlu şəhid olub. Qeyd edək ki, Elmar Həbibzadə bu ilin aprel ayında Lənkəran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyi faktı təsdiqləyib. ANS-in Lənkəran bürosunun verdiyi məlumata görə, şəhid bu gün doğulduğu Lənkəranın Molloza kəndində torpağa tapşırılıb.