Şirvan Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.
Bu barədəEkologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, nazirliyin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Şirvan Milli Parkı ərazisində növbəti reyd keçirilib.Reyd zamanı qanunsuz ov etdiklərinə görə Salyan rayon sakinləri saxlanılıb və onlardan 3 ədəd ov tüfəngi, 1ördək və adı Azərbaycanın “Qırmızı kitab”ına düşmüş 2 turac quşu götürülüb.Faktla bağlı təqsirkar şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə onlara 4500 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanla bağlı 2000 manat məbləğində iddia qaldırılıb.Faktın hansı şəraitdə baş verməsi və təfsilatlarının müəyyən edilməsi istiqamətində Nazirlik tərəfindən araşdırmalar davam etdirilir.












































