Milli Qəhrəmanın atasını icra hakimiyyətində döydülər -FOTO

Milli Qəhrəmanın atasını icra hakimiyyətində döydülər -FOTO
Bütün Xəbərlər
17:20 15.08.2014
3355
Azərbaycanın Milli Qəhrəmanı Səfərəli Məmmədovun atası Qurban Məmmədov müraciət edərək Masallı Rayon İcra Hakimiyyətində məmurlar tərəfindən döyüldüyünü, təhqir olunduğunu, aldadıldığını bildirib.
Q.Məmmədov bu barədə hüquq mühafizə orqanlarına şikayət etsə də, problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, problemin kökündə rüşvət dayanır: "Mənim gəlinim Aysel Məmmədova Zahid qızı sakini olduğumuz Sərçuvar kəndində bağça müdiri işləyirdi. Masallı Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Adəm Məhərrəmov onu vəzifəsindən azad etdi. Gəlinimi iş yerinə bərpa etmək üçün məndən 5 min manat pul istədi. Məndə isə bu qədər pul yoxdur. Ailəmiz aldığım 200 manat təqaüdlə yaşayır".
Qurban Məmmədov deyir ki, Adəm Məhərrəmovun əməlindən şikayət etmək üçün o icra başçısı Rafiq Hüseynovun qəbuluna gedib: "İcra hakimiyyətinin ikinci mərtəbəsində məmurlar məni pilləkəndən aşağı itələdilər. Mən xəstəxanalıq oldum. Sağalıb yenidən icra hakimiyyətinin qəbul otağına gəldim. Dəfələrlə icra başçısının qəbuluna yazıldım. İsrardan sonra məni Rafiq Hüseynov qəbul etdi. İcra başçısına Adəm Məhərrəmovdan şikayət etdim, o da şöbə müdirini müdafiə etdi və mənə dedi: "Hara gedirsən get, şikayət edirsən et, Adəmə heç nə eləyə bilməzsən". Bu sözdən sonra mən A.Məhərrəmovla təkrar görüşdüm. Razılaşma əsasında mən ona 1000 manat verdim ki, gəlinimi işinə qaytarsın. İşinə qaytarmadı və verdiyim puldan mənə yalnız 400 manatı qaytardı. Adəm Məhərrəmov mənə 600 manatı qaytarmayacağını dedi".
Milli Qəhrəman atası bu barədə hüquq-mühafizə orqanlarına şikayət etdiyini dedi: "Rayon prokuroru Fikrət Əsgərov məni yanına çağırdı. Mənə dedi ki, Adəmdən izahat alıblar və mənim işimi də bağlayıblar. Mən işin bağlanmasına etiraz etdim. Bu zaman prokuror mənə dedi: "Mən icra hakimiyyəti ilə bağlı cinayət işini başlasam, işsiz qalacam". Rayonun polis rəisi də çarəsiz olduğunu bildirdi".
///Bizimyol
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır