Rusiyanın Omsk vilayətində Milli Qvardiyanın əməkdaşlarından şikayət edən gəncin başsız bədəni tapılıb.
Omsk vilayətinin 15-ci Fəhlə küçəsi rayonunda Dmitri Fyodorovun başsız meyiti aşkarlanıb.
Bildirilir ki, həmin gənc Daxili İşlər Nazirliyinin Qvardiya üzvləri tərəfindən üzərinə narkotik qoyulduğunu və zorla etiraf ərizəsi yazdırıldığını deyib.
Omsk şəhər sovetinin millət vəkili Dmitri Petrenko açıqlamasında Fyodorovun öldürüldüyünə inandığını bildirib.
oxu.az