08:57 Cümə, 13 Dekabr 2019
SİYASƏT

Milli Şura Bakıda piket keçirdi

16:49, 08.10.20195946
Milli Şura Bakıda piket keçirdi
Bu gün Milli Şura Bakı şəhərində icazəli piket keçirib.

AZXEBER.COM-un məlumatına görə, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə baş tutub. Piketdə maksimum iştirakçı sayı 50 nəfər müəyyən edilib.
Milli Şuranın bugünkü piketinə təşkilatın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli qatılmayıblar.

Bundan əlavə, bir qrup cəbhəçi aksiya üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirməyə, eləcə də ictimai asayişi pozmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşları onların təxribatçı cəhdlərinin qarşısını alıblar.

Çıxışlardan sonra piketin başa çatdığı elan edilib.
XƏBƏR LENTİ