'Milli Şura Müsavatla AXCP-nin poliqonuna çevrilib' - Cümşüd Nuriyev

SİYASƏT
17:30 05.09.2013
1657

Politoloq Milli Şuranın seçkilərə qədər dağılmasının qaçılmaz olacağını deyir.

Milli Şurada baş verən son prosesləri Gün.Az-a şərh edən politoloq Cümşüd Nuriyev orada bir araya gələn partiyaların birliyi üçün zəmin qalmadığı qənaətindədir:“Milli Şura yaradılanda da demişdim ki, bu, perspektivsiz bir qurumdur. Mənim bu fikrim onların mövqeyini qəbul etməməyimlə bağlı deyildi.Mən Milli Şuranı yaradan təşkilatların qarşılıqlı münasibətlərini, hakimiyyətə yanaşmalarını və beynəlxalq əlaqələrini nəzərə alaraq o fikri irəli sürürdüm.Milli Şurada baş verənlər də göstərir ki, oradakıların hər biri öz marağını bu və ya başqa formada təmin etmək üçün bir araya gəliblər.Amma Rüstəm İbrahimbəyovun namizədliyinin aradan qalxmasından sonra “El” hərəkatı, Açıq Cəmiyyət. Liberal və Klassik Xalq Cəbhəsi partiyalarında ciddi narazılıqlar yarandı.Xüsusilə, Eldar Namazovun “El” hərəkatı bu vəziyyətlə barışmaq istəmir və narazılığını da açıq şəkildə bildirirdi. Namazovun özü danışmasa da, ətrafındakı “uzaqvurmayan toplar” Milli Şura əleyhinə bəyanat verirlər.Namazovun müavinlərindən birinin Cəmil Həsənliyə yox, İlqar Məmmədova dəstək verilməsinin vacibliyini bəyan etməsi əslində “El”in mövqeyini göstərir.O cümlədən, ACP, ALP və KXCP də Milli Şurada üzləşdikləri münasibətə görə əsəbi gərginlik içindədirlər. Bu partiyaların nümayəndələri də öz iradlarını gizlətmirlər.Onların arasında “El” hərəkatı Milli Şuradakı mövqeyini bərpa etməyə çalışır. Amma oradan istefa vermiş Əflan İbrahimovun açıqlamasından sonra başlanmış dindirmə prosesi onların işini çətinə salıb.Bilmirlər ki, Milli Şuraya təsir imkanlarını artırmaq üçün mübarizə aparsınlar, yoxsa prokurorluqla o məsələni yoluna qoysunlar. Eyni zamanda, Milli Şura da artıq AXCP ilə Müsavatın poliqonu durumuna gəlib.Artıq Milli Şurada elə bir etimadsızlıq mühiti yaranıb ki, onların bir arada olmaları mümkün deyil. Ona görə də mən şübhə etmirəm ki, Milli Şura seçkilərə qədər dağılacaq.Ən azı “El” hərəkatı ilə adlarını çəkdiyim partiyalar oranı tərk edəcəklər. Onların getməsi isə Milli Şuranın Müsavatla AXCP arasında nüfuz müharibəsi meydanına dönmüş İctimai Palataya çevrilməsi deməkdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq