‘Milli Şura üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər’

‘Milli Şura üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər’
SİYASƏT
14:02 28.08.2013
1448

“Avqustun 12-də prezidentliyə namizəd olmaqdan imtina edən Cəmil Həsənli, 10 gün sonra buna razılıq verir”

“Açıq Cəmiyyət Partiyasından olan Milli Şura üzvləri sonuncu sessiyada keçirilən səsvermədə iştirak etməsə də, mən həmin səsvermədə iştirak etdim və əlavə vahid namizəd ideyasının, o cümlədən Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinin əleyhinə səs verdim”. Bunu APA-ya Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Zəminə Dünyamalıyeva deyib. Z. Dünyamalıyeva bildirib ki, Milli Şuranın perspektivini görmür: “Rüstəm İbrahimbəyov avqustun 12-də keçirilən sessiyaya göndərdiyi məktubda bildirmişdi ki, avqustun 15-ə kimi sənədlərinin qaydasına salınması mümkün olmayacaq. Tələsən varsa, hərə öz partiyasından namizədliyini irəli sürsün. Lakin proses başqa cür nizamlandı. Vahid namizədin müəyyənləşməsi və bunun müdafiəsi çox ciddi məsələdir. Biz bu mənada Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə etməliydik. Milli Şurada nə etdilər? Mərkəzi Seçki Komissiyasının qərarından əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdilər. Yəni Milli Şura üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər”. Onun fikrincə, irəli sürülən vahid namizədin qeydiyyata alınması uğrunda sona qədər mübarizə aparılmalıydı: “Bu qərar seçkidə iştirakın asan və nəticəsiz yoludur”. Z. Dünyamalıyevanın sözlərinə görə, ACP-nin bu qərarın əleyhinə danışmasına haqqı çatır. Çünki Milli Şuranın yaradılmasında, partiyaların bir araya gəlməsində ACP böyük əmək sərf edib: “Düşünürəm ki, əlavə vahid namizədlə iştirak olan yerdə, bizim yerimiz yoxdur. Bu mövqeyimi partiyada müdafiə etmək niyyətindəyəm”. O, C. Həsənlini də bəzi fikirlərinə görə, tənqid edib: “Avqustun 12-də prezidentliyə namizəd olmaqdan imtina edən şəxs, 10 gün sonra buna razılıq verir. Onun prezident seçkilərində qalib gələcəyinə iddia etməsi isə reallığı əks etdirmir. Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Heç bir ölkədə bu mümkün olmayıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq