‘Milli Şura yeni tərkib qura bilməsə, bu onun süqutunu sürətləndirəcək’

‘Milli Şura yeni tərkib qura bilməsə, bu onun süqutunu sürətləndirəcək’
Bütün Xəbərlər
14:30 11.12.2013
741

“Bunlar yeni tərkib olmadan, növbəti seçkilərə hazırlaşmağa çalışırlar”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri,Sərdar Cəlaloğlu söyləyib. Partiya sədri Müsavatın Milli Şuradan ayrılması ilə bağlı son günlər mətbuatda yayılan məlumatlara münasibət bildirib:

“Milli Şura prezident seçkilərində iştirak etdiyi tərkiblə, parlament seçkilərinə gedə bilməz. Bunlar yeni tərkib olmadan, növbəti seçkilərə hazırlaşmağa çalışırlar. Milli Şuranın tərkibində olan bəzi qüvvələr həmin tərkibi saxlamağa çalışır. Müsavat partiyası isə həmin tərkiblə növbəti seçkilərə getmək istəmir. Əgər Milli Şura yeni tərkib qura bilməsə bu onun süqutunu sürətləndirəcək. Bu bir reallıqdır.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR