Milli Şuranın mitinqinin təşkilatçıları BŞBPİ-də olub

Milli Şuranın mitinqinin təşkilatçıları BŞBPİ-də olub
SOSİAL
18:25 09.09.2016
1403
Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqinin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev APA-ya bildirib ki, bu gün saat 17:00-da BŞBPİ-də idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırovla görüşüblər və onlara mitinqlə bağlı xəbərdarlıq edilib: "Biz də bildirdik ki, mitinq qanun çərçivəsində və dinc şəraitdə keçiriləcək. Heç bir qanun pozuntusuna yol verilməyəcək".
E. Quliyev BŞBPİ-nin hava tez qaraldığı üçün mitinqin vaxtının 1-2 saat irəli çəkilməsi ilə bağlı təklifini qəbul etmədiklərini deyib: "Mitinq qeyd olunan vaxtda - 17:00-dan 19:00-dək keçmiş "Məhsul stadionu"nda keçiriləcək".
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə razılıq verilib.
OXŞAR XƏBƏRLƏR