Milli Şuraya növbəti zərbə ABŞ səfirliyindən gəldi

SİYASƏT
11:40 17.07.2013
1680

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Milli Şuranın nümayəndəsi Eldar Namazovun bu ölkədəki görüşlərini təşkil etməsi haqda iddiaları təkzib edib.

ABŞ səfirliyinin mətbuat katibi Conas Stüart APA-ya açıqlamasında E.Namazovun ABŞ-da görüşlərinin təşkilində səfirliyin hansısa formada iştirakı barədə iddiaların əsassız olduğunu bildirib.

ABŞ səfirliyinin belə açıqlama verməsinə isə Milli Şuranın üzvü Zəfər Quliyevin E.Namazovun Dövlət Departamentindəki görüşlərini bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyinin təşkil etdiyini söyləməsi olub.

OXŞAR XƏBƏRLƏR