xari

Millimiz Avropa çempionatını 2 medalla başa vurdu

İDMAN
20:53 18.04.2021
216
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

AZXEBER.COM-un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançının rəqibi rusiyalı Niyaz İlyasov olub.

Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Kotsoyev rəqibini ipponla məğlub edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.

OXŞAR XƏBƏRLƏR