5-ci Bakı Beynəlxalq Futzal Turnirinin ikinci turunda Azərbaycan və Ukrayna milli komandaları qarşılaşıb.AZXEBER.COM-un məlumatına görə, oyun 3:2 hesabı ilə ukraynalı futzalçıların xeyrinə başa çatıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Joze Alesio Da Silva matçda Biro Jade və Tveryankinin yoxluğunun hiss olunduğunu bildirib. Rəqib komandanın baş məşqçisi Gennadi Lisençuk millimiz üzərində qələbədən sonra yetirmələrinin turnirdə qələbə qazanacaqlarını hesab etdiyini qeyd edib.
Qeyd edək ki, futzal üzrə yığmamız turnirin ilk qarşılaşmasında Özbəkistan kollektivi üzərində 3:2 hesablı qələbə qazanmışdı.