Millimiz Kosovoya uduzdu

İDMAN
18:34 08.11.2023
244
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, Sloveniyada təşkil olunan matçda millimiz Kosovo yığması ilə qarşılaşıb.

Oyun 3:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də meydan sahibi Sloveniya yığmasına qarşı keçirəcək.

OXŞAR XƏBƏRLƏR