Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, voleybol üzrə milli komandanın baş məşqçisi Faiq Qarayev cərrahiyyə əməliyyatı olunub. APA-nın məlumatına görə, əməliyyat bu gün Mərkəzi Gömrük Hospitalında həyata keçirilib. F.Qarayevin ayağında damar genişlənməsi diaqnozu ilə cərrahi əməliyyatı aparılıb.