Azərbaycan yığmasının və “Bakı” klubunun qapıçısıAqil Məmmədovsubaylığın daşını atır. Apasport.az saytının məlumatına görə, 22 yaşlı qolkiper bu gün özünə toy çaldırır.“Bakı” klubunun yetirməsi sayılan Aqil Məmmədov doğulub boya-başa çatdığı Naxçıvan şəhərindən evlənib. Amma onun toyu Bakıda reallaşacaq. Toyda “Bakı” klubunun futbolçuları, rəhbərliyi ilə yanaşı, Azərbaycan futbol ictimaiyyətinin digər nümayəndələrinin də iştirakı gözlənilir.