Fəaliyyətində problem olmayan sosial şəbəkələrdə "Milliön” terminallarında problem yarandığına dair paylaşımlar edilib.
Məsələ ilə bağlı Oxu.az "Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxlayıb.
O, "Milliön” terminallarında ödənişlə bağlı heç bir problemin olmadığını deyib: "Sosial şəbəkələrin fəaliyyətində müəyyən problem yaşanıb. Lakin bu problem terminallarda ödəniş sisteminə təsir etməyib. Terminallar vasitəsilə həyata keçirilən ödənişlərdə heç bir problem yaşanmayıb. Sistem nəzarət altında saxlanılır”.