Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşləri üçün açıqlanacaq heyətin vaxtı bəlli olub.
Bu barədə AZXEBER.COM-a yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Mütəxəssis sentyabrın 18-i və ya 19-na kimi heyətin tam bəlli olacağını qeyd edib.
Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 23-də saat 20:00-da "Palms Sports Arena” stadionunda Tacikistan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Yığma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə "Palms Sports Arena”da Litva millisi ilə üz-üzə gələcək.











































