Milyarderin yaxtası Karib adalarında liman körpüsü ilə toqquşdu -VİDEO

Milyarderin yaxtası Karib adalarında liman körpüsü ilə toqquşdu -VİDEO
DÜNYA
20:27 17.12.2019
4657

Pakistanlı biznesmen Əlşair Fiyyaza məxsus olan və əvvəllər rusiyalı oliqarx Roman Abramoviçin sifarişi ilə tikilən "Ecstasea" adlı yaxta Karib adalarında liman körpüsü ilə toqquşub.

AZXEBER.COM  virtualaz.org-a istinadən xəbər verir ki, yaxta Sen-Marten adasında liman körpüsünün gözətçi budkasını uçurub. İnsident dekabrın 15-də baş verib. Gözətçi budkadan son anda tullanıb və xilas olub. Budka uçsa da limanın idarəetmə sistemi zərər çəkməyib, yaxta özü azacıq zədələnib. Şahidlər həmin anları videoya çəkiblər.

OXŞAR XƏBƏRLƏR