Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası - FOTOLAR

Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası - FOTOLAR
MARAQLI
13:15 16.08.2017
2164

 

 

Dünya milyarderlərinin sərvətləri, onların göz oxşayan malikanələri ultra-dəbdəbəli elitar bazarda mühüm çəkiyə malikdir. Geyimləri, bahalı avtomobilləri ilə diqqət mərkəzində olan milyarderlərin yaşadıqları evlər daha da gözqamaşdırıcıdır. Niyə də olmasın?! Hər halda milyonlarla dollar qiyməti olan sarayların parıltısı cəlbedici olmaya bilməz.

Araşdırmalar zamanı məlum olub ki, milyonerlərin mülkündə 20 ən bahalı villa var və onlardan cəmi 6-nın qiyməti 100 milyon dollar civarındadır.

ABŞ prezidenti, milyarder Donald Trampın Florida ştatının Palm Biç şəhərindəki imarəti 150 milyon dollar dəyərindədir.

 

Burada 20 hamam otağı, 15 yataq otağı, tennis meydançası, qonaq otağı və 100 nəfərin çimə biləcəyi hovuz var.

Lili Safranın Fransadakı "Villa Leopolda” malikanəsi 2008-ci ildə 500 milyon avro dəyərində olub. Rusiyalı milyarder Mixail Proxorov 2008-ci ildə bu malikanəni 500 milyon avro pul qarşılığında almaq istəyib.

Lakin sonradan sövdələşmə pozulub və bu, rus milyarder üçün itki ilə nəticələnib. Belə ki, onun depozit üçün verdiyi 50 milyon avro "batıb”.

Villada 11 yataq otağı və 11 vanna otağı, çimərlik, zeytun, limon və sərv bağları var.

Sərvəti 9 milyard dollara yaxın olan İra Rennertin Nyu-York ştatındakı villasının dəyəri 2012-ci il qiymətləri ilə 248 milyon dollar olub.

Burada 29 yataq otağı, 39 hamam, 3 üzgüçülük hovuzu var. Üstəgəl, villanın yerləşdiyi yerdə ayrıca elektrik stansiyası da quraşdırılıb.

16.5 milyard dollar sərvətə malik olan Lakshmi Mittalın Londondakı malikanəsinin məbləği 2008-ci ildə ilə 222 milyon dollar dəyərində qiymətləndirilib.

15 milyard dollardan artıq varidatı olan Ukraynanın ən varlı insanı Rinat Axmetovun Londondakı mülkünün dəyəri 2011-ci ildə 221 milyon dollar məbləğində qiymətləndirilib.

Bu otel, 25 min kvadratmetr ərazini əhatə edir və güllə keçirməz şüşələri var.

43 milyard dollarlıq sərvəti olan Larri Elisonun Kaliforniyadakı yapon üslubunda 2004-cü ildə tikdirdiyi malikanədə 10 bina, göl, çay evi, hamam var.

Buna baxmayaraq, cari məzənnə ilə bu imarətin qiyməti elə də baha sayıla bilməz – cəmi 70 milyon dollardır.

Lakin bu, vergi müfəttişlərinin qoyduğu qiymətdir və belə hesab edilir ki, villanın dəyəri bundan çox bahadır.

Rusiyalı biznesmen Roman Abramoviçin Londondakı villası 2011-ci ildə 140 milyon dollar həcmində qiymətləndirilib. Burada tennis kortu, sağlamlıq mərkəzi, avtomobil muzeyi fəaliyyət göstərir.

Qeyd edək ki, Abramoviçin bununla yanaşı, French Riviera-da qəsri var və buranın inşasına 90 milyon dollar xərc çəkib.

Çinli milyarder Cak Ma (29 milyard dollara yaxın sərvətə sahibdir) Honq-Konqdakı villasının satış qiyməti 2015-ci ildə 193 milyon dollar dəyərində qiymətləndirilib.

"Microsoft”un təsisçisi Bill Qeytsin Xanadu 2.0 kompleksi 2012-ci ildə 120.5 milyon dollar həcmində qiymətləndirilib.

Maliyyəçi Corc Sorosun Nyu-Yorkdakı malikanəsinə 2003-cü ildə 21.5 milyon dollar məbləğində qiymət qoyublar.

33 milyard dollara yaxın sərvəti olan Sergey Brinin Nyu-Cersidəki villasının qiyməti 2010-cu ildə 48.8 milyon dəyərindən qiymətləndirilib.

Burada 12 yataq otağı, 19 hamam, basketbol meydançası, fitness mərkəzi və hovuz var.

Facebook-un yaradıcısı Mark Zukerberqin isə Kaliforniyadakı imarətinin məbləği digərləri ilə müqayisədə çox ucuzdur.

2011-ci ilin iqtisadi şərtlərində Zukerberqin malikanəsinin cəmi 7 milyon dollara satıla biləcəyi qeyd olunub.

55.4 milyard dollarlıq varidata sahib Karlos Slim Helunun Nyu-Yorkdakı kompleksinin 2010-cu ildə maksimum 44 milyon dollar satıla biləcəyi  deyilib.

70 milyard dollarlıq var-dövlətə malik olan Amacio Orteganın İspaniyadakı mülkünün isə (Ozran çimrəliyində) qiyməti məchul olaraq qalır.

Milyarder burada öz ailəsi ilə qalır.

47 milyard dollarlıq varidatı olan Maykl Blomberqin Londondakı evi 2015-ci ildə 25 milyon dollar dəyərindən qiymətləndirilib.

Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu bildirilən, Qara dəniz sahilində yerləşən "Putin’s Palace” ("Putinin sarayı”) adı ilə tanınan iqamətgahın qiyməti 2011-ci ildə 350 milyon dollar dəyərində qiymətləndirilib.

Hazırda isə bu iqamətgaha qoyulan məbləğ gözləri qamaşdırır – 1 milyard dollar.

Burada kazino, teatr, amfiteatr, kilsə, vertolyot  və idman meydançaları, üzgüçülük hovuzları, çay evləri var.

"Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərovun Veinskottdakı  evi 15 milyon dollar civarında qiymətləndirilir.

Məlumata görə, buranın 5 yataq otağı və dənizə açılan gözəl mənzərəsi var.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi