Milyonçu şairin tutdurduğu iş adamının bacısı oğlu azadlığa buraxıldı

Milyonçu şairin tutdurduğu iş adamının bacısı oğlu azadlığa buraxıldı
KRİMİNAL
19:01 19.09.2018
6756

Həbsdə olan iş adamının bacısı oğlu da hakim qarşısına çıxarılıb. O, dayısı kimi dələduzluqda ittiham edilib.


AZXEBER.COM Musavat.com-a istinadn xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Əşrəfov Anar Adil oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən hər iki şəxs şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Sahil Cahangirli "Real" MTK-nın icraçı direktoru olub. Anar Əşrəfov da MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham ediliblər.


Bildirək ki, Sahil Cahangirli "Real" MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur. İlham Qasımov da bu məhkəmədə müttəhimlər kürsüsünə çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.


Xatırladaq ki, İlham Qasımov "Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.


İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.

Məhkəmədə ifadə verən Gülağa Tənha da faktı təsdiqləyərək, İ.Qasımov tərəfindən aldadıldığını qeyd etmişdi.

Bildirək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib