İngiltərə hökumətinin hazırlatdığı “Qida İstehsalının Gələcəyi Hesabatı” bu gün Londonda dünya ictimaiyyətinə açıqlanacaq.
35 ölkədən 400 alimin iki illik əməyinin məhsulu olan hesabat indiyə qədər bu sahədə aparılan işlərin ən əhatəlisidir.
Hesabat dünya qida istehsalındakı mövcud sistemin müvəffəqiyyətsiz olduğunu iddia edir. Buna səbəb, dünya əhalisi sürətlə artarkən qida istehsalının aşağı düşməsidir.
Hesabata görə artan əhalini təmin edə bilmək üçün qida istehsalı qarşıdan gələn 40 ildə iki qat artmalıdır.