Minatəmizləmədə Türkiyə təcrübəsi: Qardaş ölkə bu prosesdə də Azərbaycanın yanında olacaq

Minatəmizləmədə Türkiyə təcrübəsi: Qardaş ölkə bu prosesdə də Azərbaycanın yanında olacaq
SİYASƏT
14:10 05.04.2021
1189
Dünyanın bir çox ölkəsində müharibə və ya terrorizmlə mübarizə zamanı minalanmış ərazilər meydana gəlir. Bundan sonra başlayan minatəmizləmə prosesi isə uzun zaman və xeyli sayda maddiyat tələb edir.

Mina təcrübəsi olan ölkələrdən biri də qardaş Türkiyədir.
 
AZXEBER.COM Türkiyə ərazisindəki minalar və onların tarixi haqqında araşdırma edib.

Türkiyə ərazilərinə, əsasən iki dövrdə minalar yerləşdirilib. Birincisi, 1950-ci illərdə sərhəd keçidləri zamanı yaşanan hadisələr ərazilərə minaların qoyulmasına səbəb olub və bu proses 1970-ci illərin sonuna qədər davam edib. Camaat tərəfindən "qaçaqçı” adlandırılan insanlar bu dövrdə qollarını, ayaqlarını itiriblər. "Terrorizmlə mübarizə” çərçivəsində həyata keçirilən ikinci mina qoyma prosesi isə 1990-1998-ci illər arasında davam edib.

Türkiyənin ərazisində bir milyona yaxın mina olduğu bildirilir. "Minasız Türkiyə Təşəbbüsü” 1997-ci ildə "Beynəlxalq Minaların Qadağan edilməsi” kompaniyasının üzvü olan və Nobel Sülh mükafatına layiq görülən bir toplum təşkilatıdır. Təşkilatın əsas məqsədi Ottava müqaviləsinə əsasən 2022-ci ilə qədər əraziləri minalardan tam təmizləməkdir.

"O gündən bəri insanların baxışları məni həmişə narahat edib”. Bu sözlər Kasım Yüksel adlı Türkiyə vətəndaşına məxsusdur. O, 1997-ci ildə hələ 12 yaşında ikən Diyarbəkirdəki bir məktəbin ətrafında oynayırdı. Torpağa basdırılmış bir partlayıcı maddənin partlaması nəticəsində ağır yaralandı. Sağ gözünü və iki barmağını itirdi. Kasım Yüksel bu hadisədən sonra bir daha məktəbə gedə bilmədi.

Bu günədək Türkiyədə də xeyli sayda insan mina və partlamamış sursatların qurbanı olub. Təkcə 2017-ci ildə partlama nəticəsində həyatını itirən 42 nəfərdən 23-ü uşaq olub. Partlamanın şiddətli olması səbəbindən bu 23 uşağın 16-nın cinsini müəyyən etmək mümkün olmayıb.

Türkiyə mina təmizləmə təcrübəsinə görə dünyanın qabaqcıl ölkələrindən biri sayılır. Dünyanın bir çox ölkələri də bu prosesdə Türkiyə təcrübəsindən yararlanırlar. Azərbaycan da bu təcrübədən yararlanan ölkələr sırasındadır. Düzdür, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu işlərin öhtəsindən layiqincə gəlir, amma işlərin sürətli şəkildə aparılması üçün Türkiyə də bu prosesdə öz dəstəyini göstərir.
 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə bu prosesdə sona qədər Azərbaycanın yanında olacaq: "Hər sahədə olduğu kimi, biz minalarla bağlı məsələdə də Azərbaycana hər cür dəstək verməyə davam edəcəyik”.

Səfir qeyd edib ki, Ermənistanın mina xəritələrini bu günə qədər Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir: "Bu xəritələrin ən qısa zamanda verilməsini tələb edirik. Digər tərəfdən, Türkiyə olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün də Azərbaycana dəstək veririk. Hazırda ərazidə türkiyəli mina təmizləyənlər də var. Onlar azərbaycanlı qardaşları ilə birlikdə həmin bölgələrin yaşayışa açılması üçün çalışırlar. Həm Türkiyədə, həm Azərbaycanda minatəmizləyənlərin yetişdirilməsi üçün də dəstək veririk”.


Məlumdur ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Hazırda vətəndaşların öz dədə-baba torpaqlarına tez bir zamanda qaytarılması üçün Azərbaycan azad etdiyi torpaqlarda minatəmizləmə işlərini davam etdirir.

Aydın Nuri
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
16:10 13.10.2026
“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ