Mingəçevir Polis Şöbəsində ölən şəxsin qohumları müstəntiqi döyüb - FOTO

Mingəçevir Polis Şöbəsində ölən şəxsin qohumları müstəntiqi döyüb -  FOTO
Bütün Xəbərlər
14:07 22.08.2015
2247
Mingəçevir Şəhər Polis Şöbəsində ölən1988-ci il təvəllüdlü Bəhruz Hacıyevin qohumları şəhər prokurorluğunun müstəntiqi Rəşadət Orucovu döyüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə B.Hacıyevin meyitimorqda olarkən elə morqun qarşısındabaş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Xatırladaq ki, mərhumun qohumları Bəhruz Hacıyevin polis şöbəsində dindirilmə zamanı döyüldüyünü və nəticədə öldüyünü iddia edir. Daxili İşlər Nazirliyiisə B.Hacıyevin dindirilmə zamanı özünü pəncərədən ataraq intihar etdiyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR