Mingəçevir sakini naməlum şəxs tərəfindən bıçaqlandı

Mingəçevir sakini naməlum şəxs tərəfindən bıçaqlandı
Bütün Xəbərlər
16:14 29.10.2012
914
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Mingəçevir şəhər Polis Şöbəsindən verilən məlumata görə, şəhər sakini Əlvan Soltanov naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, ağır bıçaq xəsarəti ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. Hazırda Əlvan Soltanovun vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırmalar zamanı hadisənin münaqişə zəminində onun həmyerlisi Orxan Verdiyev tərəfindən törədildiyi müəyyən edilib. O, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR