16 aprel 2013-cü il tarixində Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində “Gənclər Evi”nin açılışında iştirak edib.AZXEBER.COM-un məlumatına görə, ölkə başçısı bu müəssisədə gənclərin inkişafı üçün yaradılmış dərnək və xidmətlərlə, o cümlədən“İstedadların hazırlığı laboratoriyası” layihəsi ilə yaxından tanış olmuşdur.Qeyd edilmişdir ki,layihə “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilirvə onun əsas məqsədi yeniyetmələrin elmə həvəsləndirilməsi, xüsusilə fundamental və texniki elmlərə (riyaziyyat, fizika, kimya və məntiq elmlərinə)maraq göstərənlərin üzə çıxarılması,onların distant təhsil vasitəsiləbiliklərinin artırılması və inkişaf etdirilməsidir.
“İstedadların hazırlığı laboratoriyasına” seçim bütün ölkə üzrə keçiriləcək on-line olimpiadalar vasitəsi ilə baş tutacaq. Yüksək bal toplayan iştirakçılar final mərhələdə öz biliklərini sınayacaqlar. Kütləviliyi və şəffaflığı təmin etmək üçün layihə bütövlüklə xüsusi sayt vasitəsi ilə idarə olunur. Qeydiyyatdan keçmək və layihə haqqında məlumat almaq üçün www.istedad.az saytına daxil olmaq lazımdır.