Mingəçevir Su Elektrik Stansiyasında təmir işləri aparılarkən qəza baş verib, ölən və xəsarət alan var. Mingəçevir Şəhər Polis İdarəsindən verilən məlumata görə, stansiyada daxili təmir işləri aparılarkən qır qazanı aşıb. Nəticədə stansiyanın işçiləri, 1990-cı il təvəllüdlü Cabbarov Pərviz Xasay oğlu həlak olub, 1981-ci il təvəllüdlü Süleymanov Cuma Yusif oğlu xəsarət alıb. Faktla bağlı şəhər prokurorluğunda araşdırma başlayıb.