Mingəçevirdə 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Mingəçevirdə 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı
HADİSƏ
08:54 24.10.2025
149
Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Elvin Abbasova kəsicə alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb.

E.Abbasov xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR