Mingəçevirdə ailə problemlərində sosial şəbəkələrin rolu müzakirə olunub

Mingəçevirdə ailə problemlərində sosial şəbəkələrin rolu müzakirə olunub
GƏNCLİK
22:10 07.07.2018
7900

Artıq XXI əsrdir. Bu əsr texnologiyalar əsri kimi xarakterizə olunur. Hər kəs bilir ki, heç kim bu texnologiyalardan kənarda qala bilməz. Kənar qalması isə onların geriləməsi deməkdir. 

AZXEBER.COM-un məlumatına görə, bu fikirlər "Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin iyulun 6-da Mingəçevir şəhərində "Ailə problemlərində sosial şəbəkələrin rolunun tədqiqi” adlı seminar keçirib. İctimai Birliyin sədri Bəsti Nəsibova layihə barədə məlumat verib. Bildirib ki, QHT-lərə Dövlət Dəsətəyi Şurasının maliyyə yardımı ilə keçirilən seminarda məqsəd sosial şəbəkələrin cəmiyyətimizdəki rolunu müəyyənləşdirməkdir. "Sosial şəbəkə informasiyalı cəmiyyət deməkdir. Biz burada nələrisə öyrənirik, məlumat əldə edirik. Lakin sosial şəəkələrin mənfi təsiri də olur. Biz bu gün sosial şəbəkələrin ailələrə təsirindən danışırıq. Bəzən sosial şəəkələr ailələrin qurulmasına səbəb olursa, bu səbəbdən dağılan ailələr də az deyil. Biz ailələrimiz, uşaqlarımı sosial şəbəkələrin mənfi təsirindən uzaq tutmalıyıq”, - layihə rəhbəri qeyd edib.

B.Nəsibova əlavə edib ki, sosial şəbəkələrdə intihar, zorakılıq, təcavüz kimixəbərlər kimi geniş yayılır. Biz övladlarımızı bu kimi xəbərlərin mənfi təsirinə düşməsinə yox, bu cür məlumatlardan müsbət istiqamətdə nəticə çıxarmaqlarına çalışmalıyıq.

Daha sonra ekspert Gülü Alməmmədova çıxış edib. O bildirib ki, ailələrdə övladlar nümunəni valideynindən götürür. "İndi gənc ailələrdə ata və ananın əlində mobil telefon var. Bəzi valideynlər günün əksər hissəsini sosial şəbəkələrdə keçirir. Səhifələr bəyənir, paylaşımlar edir, tanışları ilə danışır. Övladlarına isə diqqət yetirmirlər. Belə olan halda uşaqlar həm alideyn diqqətindən məhrum olur, həm də onlarda da mobil telefonlara maraq yaranır. Halbuki internetdən daha informativ məqsədlər üçün istifadə etmək olar. Biz ailələrə səslənirik. Çünki uşaqların sosial şəbəkələrdən hansı istiqamətdə istifadə etməsi onların maarifləndirməsi və yönləndirməsindən də asılıdır.”

Mingəçevir turizm Kollecinin müəllimi Fizuli Sadıqov qeyd etdi ki, gənclər dərslərdə belə moil telefondan, sosial şəbəbkələrdən ayrılmır. "Bu gün gənclərdən soruşsanız M.İbrahimovu, İ.Turgenevi tanımırlar. Amma günlərinin əksər hissəsini sosial şəbəkələrdə yazışmalara, oyunlara sərf edirlər.”

Turizm Kollecinin müəllimi Faiq Məmmədov insanlar arasında ünsiyyətinvacibliyinə diqqət çəkib. O,gənclərimizin sosial şəbəkədən istifadəsinin doğru istiqamətdə olmadığını bildirib.

Mingəçevir Dövlət Universitetinin müəllimi Mübarək Aydəmirov deyib ki, xarici ölkələrdə insanlar sosial şəbəbəkələrdən pul qazanma üçün istifadə edir. Bizim ölkəmizdə də sosial şəbəkədən çox istifadə edən insanlar burada öz işini qura bilər.

Mingəçevir Dövlət Universitetinin tələbəsi Anar Quliyev gənclərin sosial şəbəkədən yalnız yazışmalar və söhbət üçün istifadə edildiyi fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, özü və digər tələbə yoldaşları internetdə yerləşdirilən elektron dərs vəsaitlərindən istifadə edir.

Seminar müzakirələrlə davam edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir