Mingəçevirdə bıçaqlanma hadisəsi baş verdi

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verdi
Bütün Xəbərlər
21:49 22.01.2013
1040

Mingəçevir şəhər sakini naməlum şəxs tərəfindən ölümcül bıçaqlanıb. Şəhər Polis Şöbəsindən verilən məlumata görə, bu gün günorta saatlarında Heydər Əliyev prospekti 43, mənzil 39-da yaşayan 1970-ci il təvəllüdlü Məhərrəmov İlham Musa oğlu ürək və qarın boşluğu nahiyəsindən bir neçə bıçaq xəsarəti ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər dərhal onu əməliyyat ediblər və hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.

İlham Məhərrəmov səhhəti ilə bağlı polisə ifadə verə bilmədiyi üçün onu bıçaqlayan şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.//APA

OXŞAR XƏBƏRLƏR