Mingəçevirdə “Cyber Summer School 2026” Kiber Yay Düşərgəsinə start verildi - VİDEO

Mingəçevirdə “Cyber Summer School 2026” Kiber Yay Düşərgəsinə start verildi - VİDEO
SOSİAL
14:02 08.07.2026
533
Mingəçevir şəhərində V "Cyber Summer School 2026” Kiber Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənci bir araya gətirən layihə kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, peşəkar insan kapitalının formalaşdırılması və gənclərin bu istiqamətdə praktiki təcrübə qazanmasına töhfə vermək məqsədi daşıyır.

Layihə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilir. Düşərgənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetidir.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən "Qlobal Təhlükəsizlik” mükafatına layiq görülən "Cyber Summer School” layihəsi bu il ilk dəfə olaraq paytaxtdan kənarda, Mingəçevir şəhərində təşkil olunur. Layihənin əsas məqsədi regionlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, gənclərin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması və bu istiqamətdə əməkdaşlıq mühitinin genişləndirilməsidir.

Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri və kibertəhlükəsizlik üzrə tanınmış mütəxəssislər çıxış edərək rəqəmsal təhlükəsizliyin müasir dövrdə strateji əhəmiyyətindən, bu sahədə peşəkar kadr hazırlığının vacibliyindən və dövlət–özəl sektor əməkdaşlığının rolundan danışıblar. Qeyd olunub ki, bu il düşərgədə Azərbaycanın 60 regionundan 100-dən çox tələbə və şagird iştirak edir. Bu isə layihəyə marağın ildən-ilə artdığını və regionlarda kibertəhlükəsizlik sahəsinə marağın gücləndiyini göstərir.

Düşərgə çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizliyin müxtəlif istiqamətlərini əhatə edən intensiv təlimlər, praktiki laboratoriya məşğələləri, komanda fəaliyyətləri, ekspertlərlə görüşlər və beynəlxalq təcrübədə geniş tətbiq olunan "Capture The Flag” (CTF) yarışları təşkil olunacaq. Layihə gənclərin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməklə yanaşı, onların gələcək peşəkar fəaliyyətinə və ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
13:21 28.10.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
13:17 28.10.2026
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
13:08 28.10.2026
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
13:04 28.10.2026
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
12:56 28.10.2026
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır