Mingəçevirdə fərdi yaşayış evində yanğın olub, yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.
Hadisə zamanı yanıq xəsarəti alan İlqar Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.
Qeyd edək ki, yanğına səbəb elektrik qızdırıcısının aşması olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.










































