“Onlar öz ifadələrini verdilər”, - deyən Lukaşenko görünür terror aktı ilə bağlı saxlanılanları nəzərdə tutub.
Lukaşenko həmçinin qeyd edib ki, təhlükəsizlik orqanları əməkdaşları və milis işçiləri cinayətkarları tutmağa bir sutka vaxt sərf ediblər.
Bundan əlavə prezidet bildirib ki, terror aktına görə saxlanılanlar 3 iyul 2008-ci il tarixində – Müstəqillik günündə Minskdə və 2005-ci il 23 sentyabr tarixində Vitebskdəki partlayışları törətdiklərini etiraf ediblər.
“Dəhşətdir, lakin fakt budur ki, cinayəti törədən bütün bu yaramazlar kimisi xarrat, kimisi isə elektrik olmaqla konkret əmək kollektivlərində işləyiblər”, - deyə Lukaşenko əlavə edib. Onun sözlərinə görə, onların bu terror aktını nə üçün törətdikləri hələ ki, məlum deyil, lakin tezliklə bu da aydın olacaq.
Xatırladaq ki, bu gün Belarusda terror aktı qurbanlarının xatirəsinə matəm günü elan olunub. Rəsmi olaraq matəm təkcə Minskdə elan edilsə də, bütün ölkə yas tutur. Bütün ölkədə dövlət bayraqları endirilib. Həftənin sonunadək əyləncəli tədbirlər təxirə salınıb. İnsanlar terror aktının törədildiyi "Oktyabrsk" metrostansiyasına gül və əklillər qoyullar. Partlayış nəticəsində ölən 12 nəfərin hamısının şəxsiyyəti müəyyənləşib. Bu gün ilk dəfn mərasimləri keçiriləcək. Dəfn xərclərini yerli icra hakimiyyəti öz öhdəsinə götürüb.
192 yaralıdan 150-si hələ xəstəxanalarda qalır. Stansiyaya girişdə ölənlərin şəkilləri və şamlar qoyulub.