Mir Şahin ANS-in lisenziya alması ilə bağlı səslənən fikirlərə münasibət bildirdi - VİDEO

Mir Şahin ANS-in lisenziya alması ilə bağlı səslənən fikirlərə münasibət bildirdi -  VİDEO
MEDIA
10:20 26.10.2013
1618
Milli Televiziya və Radio Şurasının iclasında “ANS” Müstəqil Yayım və Media Şirkətinin və “Xəzər TV” MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.ANS-in lisenziya alması ilə bağlı mətbuatda səslənən, heç də birmənalı olmayan fikirlərə isə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev münasibət bildirib.“MTRŞ heç vaxt belə bir bəyanat verməmişdi ki, ANS-ə lisenziya verilməyəcək. Müxtəlif insanlarda müxtəlif informasiyalar, müxtəlif şayiələr, onların təxəyyül məhsulları ola bilər".Onun sözlərinə görə, bu hər bir kəsin öz işidir. "Amma biz artıq lisenziya aldıq hüququ cəhətdən və bu günləridə lisenziya bizə təqdim olunacaq. Biz bu lisenziyanı Azərbaycan xalqına, Azərbaycan dövlətinə, millətimizə növbəti müddət üçün dəqiq, qərəzsiz və vicdanlı fəailiyyət proqramı kimi qəbul edirik”.
OXŞAR XƏBƏRLƏR