Mir Şahin – sözlə 'oynayan' jurnalist

Mir Şahin – sözlə
KÖŞƏ
00:30 01.06.2012
3739
Vüqar Səfərli, BDU Jurnalistika fakültəsinin tələbəsi"Azərbaycan jurnalistikasında pozitiv nə baş veribsə, o ANS-lə başlayıb. Bizə qədər jurnalistika fərqli idi. Buranın yolları əyri-üyrü idi”. – Mir Şahin Ağayev. ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış televiziya aparıcısı, müharibə reportyoru Mir Şahin Ağayev təbiətcə sakit, səmimi, fəal həyat tərzi ilə seçilən bir insandır. O, 1963-cü ildə Yardımlı rayonunun Pirembel kəndində anadan olub. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. O həm də Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçilərindəndir. Ölkəmizin ən məlumatlı jurnalisti və publisistlərindən biri kimi də tanınır. Mir Şahin 1992-2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olub. Onu da deyək ki, Mir Şahin Ağayev Azərbaycan Respublikasının Əməkdar Jurnalistidir. Onun siyasi publisistikası son iyirmi ilin Azərbaycan KİV-nin ən mühüm yaradıcı hadisəsi kimi yadda qalıb. İctimai fikir, ictimai həyatı dərindən anlamaq qabiliyyəti, konstruktiv vətənpərvərlik, hadisələrə özünə məxsus yanaşma, vətəndaşlıq və bu kimi amillər Mir Şahini ölkənin bir sıra nüfuzlu və tanınmış jurnalistləri arasında fərqlənməsində mühüm rol oynamışdır. Onun ən böyük xidməti Azərbaycanda müstəqil mətbuatın demokratik cəhətdən qurulmasına dəstək verməsi idi. Jurnalistika sahəsi ilə bağlı Mir Şahin müəllimin fikirləri belədir: "Mediamız nə yaxşı, nə də pis vəziyyətdədir. Biz bəzən nəyinsə qiymətini verməyi bacarmalıyıq. Döyüşə gedən əsgər bilməlidir ki, ona güllə atacaqlar. Hər şeyin haqqı var. Əgər biz müstəqil olmaq istəyiriksə, onda azadlığımızın nəyin bahasına başa gələcəyini anlamalıyıq”. Mir Şahin ANS telekanalında “Millimetr”, “Ən yeni tarix”, “Üçbucaq” və s. verlişlərin müəllifi və aparıcısı olub. Bu verlişlərdə aparıcı ölkədə baş verən ən aktual mövzulara toxunur və bu problemlərin həlli yolunu tapmağa çalışır. “Ən yeni tarix” sırf xronikal bir verilişdir və burada o, son illərdə tariximizdə baş verən hadisələri, qaranlıq qalan məqamları müzakirəyə çıxarır. Bu verilişdə Azərbaycanın yeni tarixinin müəyyən hissələri işıqlandırılır və həmin tarixi proseslərə şahidlik etmiş insanların iştirakı ilə efirdə bir sıra araşdırmalar aparılır. “Ən yeni tarix” verlişində 20 yanvar, Xocalı soyqırımı, Sərhəd hərəkatı və 1995-ci ilin mart ayında baş verən hadisələrə həsr olunmuş buraxılışlarda maraqlı nəticələr əldə etmişdir. 20 noyabrda hellikopterin Qarakənd yaxınlığında qəzaya uğramasını müzakirəyə çıxarmışdı və s. Mir Şahin Ağayev ölkənin tarixi haqda bir peşakar jurnalist kimi bunu söyləyib: “İnsanın ömründən nə gecəni, nə də gündüzü silmək və yaxud da birini seçib saxlamaq olmaz. Rənglərin içindən ya ağı, ya da qaranı seçib saxlamaq olmaz. Allah heç kimə belə imkan verməsin! Çünki insanlar bu dünyada öz həyatlarını yaşamaq üçün yaranıblar. Hər insan öz kölgəsini görməlidir. Bu kölgə var... Görsə də var, görməsə də. Əgər biz tarixdən nəyi isə silmək istəsək, bu, tarixə obyektiv münasibət olmayacaq. Tarixin özünü olduğu kimi qəbul etmək lazımdır.” Bu neçə illik iş fəaliyyətində Mir Şahin verlişlərin hazırlanmasında bir sıra maraqlı hadisələrlə rastlaşıb. Bunlardan birini onun öz sözlərindən eşidək : “Neftçilər” xəstəxanasında “Milli Metr” çəkirəm, Rəmişdi qonağım. Müsahibəyə ciddi hazırlaşmışam. Xəstəxana ab-havası, palata, Rəmişin 60 yaşı barədə kədərli təəssüratları və təbii ki, mən bu ovqatda da guya öz aləmimdə fəlsəfi sual verirəm: “Rəmiş, dünyadan bu saat gedəsi olsan yadında nə qalacaq?” Mütəfəkkir görkəmi alıb məni heyrətləndirəcək cavabı gözləyirəm. Rəmiş də o cavabı verir: “Qaqa, yazın əvvəllərində pomidor-yumurta bişirirsən və yanında da zoğal arağı, bundan başqa adama nə lazımdı?!” Bu da sənə dərin söhbət. Adətən insanlar ən ağıllı fikri yox, ağlına gələn fikri deyir. Rəmiş də istisna deyildi...” Mir Şahinin müasir efirdə öz dəsti-xətti, özünə məxsus xəbəri təqdim etmə üsulu var və bu xüssusiyyətlər onu bir çox jurnalistlərdən fərqləndirir. O özü haqda isə belə danışır: “Məncə yaxşı jurnalistdən çox, yaxşı adamam. Amma kimlərinsə məni qəbul etmədiyini də bilirəm və buna normal yanaşıram. Hər kəs hamının xoşuna gəlməyə borclu deyil. Əsas odur ki, ideyalarıma, prinsiplərimə zidd addım atmıram. Kiməsə qarşı atdığım addım pis qiymətləndirilə bilər, amma bu addımın da kökündə ona yaxşılıq etmək niyyətim dayanır. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub