Katarakt

Miras bölgüsü sonda faciə ilə nəticələndi – VİDEO

KRİMİNAL
16:08 04.06.2021
777
Türkiyənin Sakarya şəhərində Y.Ş adlı şəxs miras məsələsi səbəbindən aralarında münaqişə yaranan əmisini, xalasını və qardaşı uşağını qətlə yetirib.
 
AZXEBER.COM xəbər verir ki, Y.Ş adlı gənc oğlan gecə saatlarında öz qohumlarının evinə gələrək 3 nəfəri silah ilə öldürüb.
 
Hadisəni törədən Y.Ş həmin yerdən qaçmağa müvəffəq olub. Müxtəlif səs-küylər eşidən qonşular polisə xəbər veriblər.
 
Cinayətlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.
 
Mikayıl Mirzəzadə