Bu gün səhər saatlarında hazırda Belçikada yaşayan tanınmış satirik şair və publisist Mirzə Sakit dini radikallar tərəfindən bıçaqlanıb.
AZXEBER.COM hafta.az-a istinadən bildirir ki, onun Brüsseldən yaşadığı Gent şəhərinə qayıdarkən hücuma məruz qaldığı bildirilir. Verilən məlumata görə, o, bir neçə uzun saqqallı radikal islamçı qruplaşmanın bıçaqlı hücumuna məruz qalıb. Mirzə Sakit dərhal ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.