Misir Mərdanov: "Bəziləri deyir ki, guya mən dinsizəm"

GƏNCLİK
10:06 09.12.2010
2450

"Şagirdlərin orta məktəbdə hicab taxması ilə bağlı məsələdə gərginlik yaratmağa ehtiyac yoxdur". Bunu təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin hicab geyinməsi məsələsinə münasibət bildirərkən deyib: "Bəziləri hətta deyir ki, guya mən dinsizəm. Azərbaycan dünyəvi dövlətdir. “Təhsil haqqında “qanunda da bu məsələyə birmənalı şəkildə münasibət bildirilib”.

Nazir məktəbyaşlı qızların sinifdə hicab taxmasının normal olmamasını bir daha vurğulayıb: “On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var”.

 

Misir Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır: “Burada kənar heç bir şey görmürəm. Bu müsəlmançılıqdan uzaqlaşma deyil. Biz hər birimiz Allahımızı qəbul edirik, “Qurani-Kərim” də stolüstü kitabımızdır. Dinin digər etiqadlarına da əməl etməliyik. Orta məktəbin qayda-qanunlarına əməl etmək müsəlmançılığa qarşı deyil”.

 

Misir Mərdanov hələlik ali məktəb tələbələrinin hicab taxması ilə bağlı məsələyə dair heç bir fikir söyləmədiyini də bildirib. //APA

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb