APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Gənclər Fondunun 1 illiyi münasibəti ilə keçirilən tədbirdə çıxışında deyib.
Nazir gənclərin elmi tədqiqatlara cəlb edilməsinin vacib olduğunu vurğulayıb: “Gənclər Fondu gənclərin elmi tədqiqatlarının maliyyələşməsinə və onların xarici ölkələrdə tədqiqatlar aparmasına yaxından köməklik edə bilər. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən, həmin ölkələrin və universitetlərin siyahısı təsdiq olunur. Lakin bəzən siyahılarda olmayan universitetlərdə də təhsil almaq imkanları yaranır. İstərdik ki, Gənclər Fondu bu imkanları da dəyərləndirib gənclərə yardım etsin”.