Misir Mərdanov danışdı: ‘Yeni iş təklifi almışam və bunu qəbul etmişəm’

Misir Mərdanov danışdı: ‘Yeni iş təklifi almışam və bunu qəbul etmişəm’
Bütün Xəbərlər
11:35 22.04.2013
4474

AZXEBER.COM-unməlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a müsahibə verib.

Sabiqnazirvəzifəsindəngetmə səbəblərivə gələcəkfəaliyyətinə dairsuallarımızı cavablandırıb.

- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?

- Naziri vəzifəyə təyin edən də, vəziifədən azad edən cənab prezidentdir. Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.

- Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?

- Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcksiniz.

- Yeni təhsil nazirini tanıyırsınızmı?

- Bəli tanıyıram. Cavan oğlandır. Bizim universiteti bitirib.

- Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumuyyətlə, təhsildə islahatlar mümkündürmü?

- Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.

OXŞAR XƏBƏRLƏR