Misir Mərdanov: 'İlham Əliyevin prezidentlik dövrü təhsil tariximizdə qızıl dövr kimi qalacaq'
MAQAZİN
15:34 09.06.2012
2896
"Son on ildə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən bu sistemin ayrı-ayrı səviyyə və pillələrində mövcud olan problemlərin həlli ilə əlaqədar 16 inkişafyönlü Dövlət proqramı hazırlanıb, müvafiq qurumlarda ekspertizadan keçdikdən sonra ölkə başçısı və ya hökumət tərəfindən təsdiq edilib. Buraya Məktəb tikintisi, məktəblərin əsaslı təmiri, müvafiq avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, İKT ilə təminatı ilə bağlı iki proqram, ucqar kəndlərdəki məktəblərin müəllimlərlə təminatı, Texniki Peşə təhsilinin və Məktəbəqədər təhsilin inkisafı üzrə Dövlət Proqramları, Dünya Bankının dəstəyi ilə həyata keçirilən, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə Dövlət Proqramı, Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət proqramı, Azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərində təhsili ilə əlaqədar və.s proqramlar daxildir. Məsuliyyətlə demək istəyirəm ki, bu proqramların hər birinin hazırlanmasına böyük əmək sərf olunub və burada bu gün nazirliyin mərkəzi aparatda işləyən əməkdaşları böyük fədakarlıq göstəriblər. Nəticədə ötən müddət ərzində milli təhsil sisteminin beynəlxalq standartlara uyğun hüquqi normativ bazası yaradılıb, 2200-dən çox yeni məktəb binası inşa olunub və ya əsaslı təmir edilib, şagirdlərin 80 faizindən çoxu əlverişli təlim şəraiti olan məktəblərdə təhsil almağa başlayıb" AZXEBER.COM-un məlumatına görə, bu sözləri 525-ci qəzetə müsahibəsində Təhsil Naziri Misir Mərdanov deyib. O qeyd edib ki, təhsilimizin inkişafında Heydər Əliyev fondunun müstəsna rolu var: "Xüsusi qeyd etmək lazımdır ki, bu nailiyyətlərin qazanılmasında Heydər Əliyev fondunun, fondun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Fondun həyata keçirdiyi layihələr nəticəsində 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evləri və internat məktəbləri tikilib və ya əsaslı təmir edilib, məktəblərə əvəzsiz təlim vəsaitləri hazırlanıb.