Misir Mərdanov Məleykə Abbaszadəni “vurdu” - Video

Misir Mərdanov Məleykə Abbaszadəni “vurdu” - Video
Bütün Xəbərlər
00:20 17.09.2012
1687
Bu ilki qəbul imtahanlarında keçid balının 150-yə endirilməsi təhsil naziri Misir Mərdanovun da diqqətini çəkib.
AZXEBER.COM-un məlumatına görə, mövzuyla bağlı nazir ANS-də Hesabat proqramının qonağı olarkən münasibət bildirib. O qeyd edib ki, balların aşağı salınması təhsildəki keyfiyyətlə bağlı deyil: “Bunu araşdırmaq üçün ciddi təhlil aparmaq lazımdır. Mən bu işdən baş çıxardan adamam. Ola bilməz ki, 10 milyona yaxın əhalisi olan Azərbaycanın daxilində 1 il ərzində təhsilin səviyyəsi çox aşağı düşsün. Bu məsələ birmənalı şəkildə deyim ki, ilbəil sualların çətinləşdirilməsi, qəlizləşdirilməsi ilə bağlıdır. Ola bilməz ki, bu il keçid balı 250 olsun, gələn il 150”.
OXŞAR XƏBƏRLƏR