Misir Mərdanov müəllimlərlə bağlı yeni əmr imzaladı

Misir Mərdanov müəllimlərlə bağlı yeni əmr imzaladı
GƏNCLİK
12:50 06.02.2012
3213

Təhsil naziri Misir Mərdanov Azərbaycanda müəllimlərin işə qəbuluna dair yeni əmr imzalayıb.

 AZXEBER.COM-un məlumatına görə, nazir2012-ci ildə respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə işlərə başlanması üçün Təhsil Nazirliyinin müvafiq komissiyasına (Aparatın rəhbəri İ.Pirməmmədov, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İ.Mustafayev, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri F.Qədirov, Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov, Ümumi şöbənin müdiri X.Fərəcov) tapşırıqlar verib. Əmrə əsasən, komissiya məllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə "Respublikanın ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu Qaydaları"nın işlənib hazırlanmasını təmin etməli və qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Bundan başqa, komissiya saxta diplomla, habelə qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və müvafiq təhsil müəssisələri rəhbərlərinə məktub göndərilməsi təmin etməlidir.

Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müəllimlərin işə qəbulu üzrə yeni qaydalar barədə məzunlara ətraflı məlumat verilməli və geniş izahat işi aparılması, həmçinin onlara diplomların vaxtında verilməsi təmin edilməlidir.

Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri isə müəllimlərin işə qəbulunun nəticələri barədə Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya qərarından və bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsini və müvafiq izahat işlərinin aparılmasını təmin etməlidirlər.

Müəllimlər arasında dərs bölgüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli, 215 nömrəli Qərarına uyğun aparılması təmin edilməlidir.

Tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edilməlidir.

Əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş pedaqoji kadrlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələləri həll edilməlidir.

Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri 2011-2012-ci tədris ilində işə qəbul olunmuş müəllimlər haqqında və hazırda ciddi ehtiyac üzrə vakant yerlər haqqında məlumatları hazırlayıb qısa müddətdə nazirliyə təqdim etməlidirlər.

Vaxtilə mövcud təlimati sənədlərinin tələblərinə zidd olaraq özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların müvafiq sənədlərinin bir daha araşdırılması, bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvi təmin edilməlidir. Ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılmalı və nazirliyə yazılı məlumat təqdim olunmalıdır.

Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi iyul ayının 1-dək vakant yerlər barədə məlumatların təhlilini aparmalı, nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində elanların verilməsini, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərin elanda reqlamentlə müəyyənləşdirilmiş qaydada göstərilməsini təşkil etməlidir.

Eyni zamanda şöbə Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun növbəti tədris ili üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerlərini müəyyənləşdirib iyun ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

İşə qəbulla əlaqədar yeni müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılacaq və "Test bankı" hazırlanacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı və Təlim Mərkəzi"nin yaradılmasına dair təkliflər hazırlaanacq.

Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirlərinin tətbiq edilməsi də nəzərədə tutulur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
15:46 21.08.2026
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?