“Bu gün əlüstündə gəzməyə layiq müəllimlər var. Biz isə onlara bunun müqabilində 200 manat əməkhaqqı veririk. Bu sözləri açıqlamasında Təhsil Naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, əgər müəllimə 2000 manat verilərsə, görün o repititorluq edərmi? Əminəm ki, Azərbaycan təhsili 10-15 ilə çox yüksək səviyyədə olacaq”, – Mərdanov əlavə edib. O Azərbaycan təhsili sıfırdan qurulmalıdır deyən insanlara “Azərbaycan müəllimini belə qiymətləndirmək olmaz” cavabını verib. Sizin nə oğlunuz, nə də nəvəniz Azərbaycanda oxuyur, hamısı xaricdə təhsil alır. Siz hardan bilirsiniz Azərbaycan müəllimi necədir?
M. Mərdanov qeyd edib ki, normal ağlı başında olan insan 200 manata müəllim olub əsəblərini korlamaz.Təhsil naziri Azərbaycan ali məktəblərinin dünyanın reytinq cədvəlində aşağı yer tutmasına da münasibət bildirib: “Deyirlər ki, niyə Azərbaycanın heç bir ali məktəbi dünyanın ən yaxşı 100 ali məktəbləri arasına düşmür? Moskva Dövlət Universiteti bu siyahıya düşmürsə, siz nədən danışırsınız? Mən bu sualı verən insanı savadsız hesab edirəm”.
Günəl ƏBİLOVA, merkez.az