Məleykə Abbaszadə təhsil nazirini yubileydə görmək istəmədi.Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) dünən “Səadət” sarayında keçirilən 20 illik yubileyində təhsil naziri Misir Mərdanov görünməyib. Bu barədə “Azadlıq”a tədbir iştirakçılarından biri məlumat verib. Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, Misir Mərdanovun tədbirə dəvət edilmədiyi, yoxsa dəvəti qəbul etmədiyi ona bəlli deyil. “Fakt odur ki, Misir Mərdanov tədbirdə yox idi”, - deyə mənbə bildirib.