Misir yenə ayağa qalxdı – ‘Qəzəb cüməsi’

Misir yenə ayağa qalxdı – ‘Qəzəb cüməsi’
Bütün Xəbərlər
11:50 04.02.2012
1290

Müxalifət "qəzəb cüməsi"nə hazırlaşır

AZXEBER.COM-un məlumatına görə, Misirdə ölü sayı 79 nəfərə çatan futbol matçı faciəsinə polisin laqeydliyinin səbəb olduğunu düşünən misirlilər bir çox şəhərlərdə aksiyalar keçiriblər.

Qahirə və Süveyşdəki aksiyalarda yaşanan toqquşmalarda 3 nəfər ölüb, 400-dən çox insan yaralanıb. Süveyşdə nümayişçilərin Polis İdarəsinə girməsinə mane olmaq istəyən polis atəş açıb. Qahirədə isə nümayişi dağıtmaq üçün bibər qazı və həqiqi güllədən istifadə edilib.

Müxalifət xalqı "qəzəb cüməsi" adı altında gələn həftə keçiriləcək böyük mitinqə çağırır.

OXŞAR XƏBƏRLƏR