Misirdə dörd il davam edən fövqəladə vəziyyət rejimi yenidən uzadıldı

Misirdə dörd il davam edən fövqəladə vəziyyət rejimi yenidən uzadıldı
DÜNYA
09:06 13.07.2021
789
Bu gün Misir parlamenti prezident Əbdülfəttah əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin üç ay uzadılması barədə fərmanını təsdiqləyib.

Bu barədə Misirin "Al Youm As Sabi” xəbər portalı məlumat yayıb.

Fərman 24 iyul tarixindən yerli vaxtla saat 01:00-dan qüvvəyə minir.

Məlumat üçün qeyd edək ki, Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində - terrorçuların iki kilsəyə hücumu nəticəsində onlarla insanın ölməsindən sonra tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR